Vərəmə nəzarətin gücləndirilməsi üzrə Təlim Mərkəzi 2012-ci ilin martında təsdiq edilmişdir, lakin vərəmlə mübarizə layihəsi çərçivəsində və beynəlxalq təşkilatların dəstəyi ilə 1995-ci ildən başlayaraq aktiv fəaliyyət göstərir.
Təlim mərkəzinin əsas işçi heyəti aşağıdakılardan ibarətdir:
- ÜST (WHO) ekspertləri
- Vərəmə nəzarət üzrə təcrübəli menecerlər
- Peşəkar səhiyyə mütəxəssisləri
Mərkəzin təlimçiləri ÜST beynəlxalq eksperti tərəfindən keçirilən TOT (təlimçilərin təlimləndirilməsi) kursunu keçmiş və təlimlərin keçirilməsində zəngin təcrübəyə malikdirlər.
2014-cü ilin may ayında Təlim Mərkəzi həbsxanalarda vərəmin profilaktikası və nəzarəti üzrə ÜST ilə Əməkdaşlıq Mərkəzi Statusu qazanmış və ÜST-ün müvafiq bazasına daxil edilmişdir:
http://apps.who.int/whocc/Detail.aspx?cc_ref=AZE-1&cc_code=aze&
2018-ci ilin may ayında mərkəzin statusu növbəti 4 il müddətinə uzadılmışdır.
Təlimlərin proqramı ÜST-ün müasir tövsiyələrinə əsaslanır və həbsxanalarda vərəmə və dərmanlara-davamlı vərəmə nəzarət üzrə Proqramın əsas aspektlərini özündə əks etdirir.
Hər il müxtəlif auditoriyalar üçün təxminən 16 yerli təlim kursu təşkil edilir:
- Penitensiar sistemin qeyri-tibb personalı
- Periferik tibb müəssisələrinin tibb işçiləri (PS ilkin tibbi yardım mərkəzləri)
- İkinci səviyyəli tibb müəssisələrinin tibb personalı (ümumi profilli xəstəxanalar)
- Üçüncü səviyyəli tibb müəssisələrinin personalı (İxtisaslaşdırılmış Müalicə Müəssisələri)
- 1–3 səviyyəli laboratoriyaların laborantları
2012-ci ildən bu günədək:
- 8 beynəlxalq tədris kursu keçirilmişdir
- 17 ölkədən 96 dinləyici iştirak etmişdir
İştirakçı ölkələr: İtaliya, Rusiya, Cənubi Afrika, El-Salvador, Filippin, Şri-Lanka, Makedoniya, Monqolustan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, Moldova, Ukrayna.
Yerli təlimlər:
- 503 həkim
- 307 orta tibb işçisi
- 490 penitensiar xidmət əməkdaşı
- 87 Səhiyyə Nazirliyi tibb müəssisələrinin həkimi
Təlimlərin hədəf auditoriyası:
- İxtisaslaşdırılmış müalicə müəssisələrinin (İMM) həkimləri və orta tibb işçiləri
- İMM-nin qeyri-tibb personalı
- Penitensiar müəssisələrin həkimləri, laboratoriya əməkdaşları
- Penitensiar xidmətin inzibati və əməliyyat heyəti
- Səhiyyə Nazirliyinin vərəməleyhi tibb müəssisələrinin əməkdaşları
- Yeni işə qəbul olunmuş tibb işçiləri
- Xarici ölkələrin nümayəndələri
Təlim mövzuları:
- Vərəmin diaqnostikası və müalicəsinin müasir metodları
- ÜST-ün vərəmə nəzarət üzrə yeni təlimatları
- Penitensiar müəssisələrdə vərəmin profilaktikası və diaqnostikası
- Vərəm üzrə infeksiyaya nəzarət tədbirləri
- Məhbuslarla ünsiyyətdə təhlükəsiz davranış qaydaları
- “Vərəm / İİV” və “Vərəm / C viruslu hepatit” müştərək infeksiyaları
- Müasir laborator diaqnostika metodları
- Azadlığa buraxılan vərəmli xəstələrin müalicəsinə nəzarət
Təlim mərkəzində təlimlər hər il təsdiq olunmuş plana əsasən həyata keçirilir.